Suya tullanma
Suya tullanma, müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir.
Tramplen atlanma. Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir.
Qüllə atlanma. Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir.
Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir.